• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 22-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birgə həyata keçirilən Dövlət Proqramı çərçivəsində indiyə qədər 1824 nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini qeyd edib.
Nazir Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə çatdırıb. Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə yeni qəbul olunanların, təhsil alanların, xaric edilənlərin və məzun olanların məlumatlarının idarəolunması işinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, seçim, icra və maliyyələşdirilmə prosedurunda çoxtərəfli nəzarət vasitəsilə tam şəffaflığın daha da artırılması məqsədi ilə Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın istifadəyə verildiyini söyləyən təhsil naziri bu sistemin geniş elektron xidmət imkanlarına malik olduğunu vurğulayıb. Misir Mərdanov Məlumat İdarəetmə Sisteminin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən elan edilmiş “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə fəaliyyətə başlamasının xüsusilə əlamətdar olduğunu bildirib.
Təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Dövlət Proqramının icrası ilə bağlı görülmüş işləri nəzərə çatdıran təhsil nazirinin müavini 2012-2013-cü tədris ilində
Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların
ölkələr, ixtisaslar və təhsil səviyyələri üzrə statistik göstəricilərini söyləyib.
Məlumat İdarəetmə Sisteminin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2011-ci il 23 may tarixli, 429 saylı fərmanın tələblərinə cavab verdiyini bildirən Q.Novruzov 2011-2012-ci tədris ilindən etibarən xaricdə təhsil üzrə Dövlət Proqramına ərizələrin qəbulunun və digər müvafiq prosedurların elektron şəkildə həyata keçirildiyini söyləyib. Bundan sonra Dövlət Proqramı çərçivəsində xaricə göndərilmiş bütün tələbələr haqqında zəruri məlumatları vahid elektron mənbədən əldə etməyin mümkünlüyünü vurğulayan nazir müavini Məlumat İdarəetmə Sisteminin yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri kimi səciyyələndirib.
    Q.Novruzov qeyd edib ki, beynəlxalq təcrübədən istifadə edilərək hazırlanmış elektron ərizənin digər elektron ərizələrdən üstün cəhəti məhz ondadır ki, bu sistemdə ərizəçilər sənədləri Təhsil Nazirliyinə təqdim etmək məqsədilə onlara münasib olan vaxtı özləri seçirlər və doldurulan elektron ərizənin bir nüsxəsi isə onların ərizədə göstərdiyi elektron poçt ünvanına göndərilir. Məlumat İdarəetmə Sisteminin Dövlət Proqramının icrasının daha şəffaf şəkildə yerinə yetirilməsini təmin edəcəyini bildirən nazir müavini, həmçinin hökumətin elektron xidmətlər strategiyasına, Dövlət Proqramı çərçivəsində oxuyan tələbələrin təhsilinin maliyyəşləşdirilməsi prosedurlarının sadələşdirilməsinə və operativliyin təmin olunmasına cavab verdiyini nəzərə çatdırıb.  Qulu Novruzov Məlumat İdarəetmə Sisteminin əsas xüsusiyyətləri və üstünlükləri haqqında ətraflı məlumat verib, bu sistemə Dövlət Neft Fondunun, habelə digər müvafiq qurumların da qoşulmaq imkanının olduğunu və müvafiq sənədlərin elektron dövriyyəsinin mümkünlüyünü bildirib.
Daha sonra Dövlət Proqramına dair yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) mövcud imkanlarından söhbət açan nazir müavini saytda informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılmasının təmin olunması, müvafiq normativ-hüquqi bazanın və təlimat xarakterli zəruri məlumatların yerləşdirilməsi, təqaüdə layiq görülənlərlə daha operativ ünsiyyət yaradılması və digər bu kimi məsələlərin nəzərə alındığını vurğulayıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin müasir tələblər baxımından üstün imkanlara malik olduğunu bildirən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov həyata keçirilən tədbirləri ilk növbədə şəffaflığa xidmət etdiyini vurğulayıblar. Xaricdə təhsil üzrə Dövlət Proqramını ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısının təzahürü kimi səciyyələndirən qonaqlar, həmçinin bu proqram çərçivəsində bir sıra prosedurların sadələşdirilməsi məsələlərinə toxunublar.
Təhsil naziri Misir Mərdanov hər il ölkə Prezidenti tərəfindən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına ayrılan vəsaitlərin artırıldığını bildirib. Azərbaycan bugünkü və gələcək inkişafına yönəlmiş bu siyasətin layiqli nəticələr verməsi üçün xarici ölkələrdə təhsil alan gənclərlə daim əlaqə saxlanıldığını söyləyən nazir Dövlət Proqramının bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.


10 il əvvəl