SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 9-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” II Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri qatılıblar.
İki gün davam edən müsabiqənin yekununda münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblərə pul mükafatı, diplom və medallar təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra münsiflər heyəti tərəfindən qaliblər arasından 5 şagird cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün seçilib.
Mükafatlandırılma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqənin gərgin mübarizə şəraitində keçdiyini və ötən ilki müsabiqə ilə müqayisədə şagirdlərin daha fəal iştirak etdiyini nəzərə çatdırıb. Gələcək illərdə müsabiqənin daha da gərgin rəqabət şəraitində keçəcəyinə ümidvar olduğunu bildirən təhsil naziri müsabiqəni izləmək məqsədilə Bakıya gəlmiş İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayevaya və müsabiqənin təşkilində zəhməti keçən digər şəxslərə minnətdarlığını bildirib. Nazir qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl