SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 8-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri qatılıblar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etməkdən ibarətdir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqədə 116 şagird 73 elmi layihə ilə iştirak edir. Fevralın 9-da yekun vurulacaq müsabiqənin qalibləri hər kateqoriya üzrə alimlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və mükafatlandırılacaqlar.
Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. “Sabahın alimləri” müsabiqəsinin dünyada ən nüfuzlu müsabiqələrdən biri olan İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirildiyini nəzərə çatdıran nazir Azərbaycan məktəblilərinin parlaq nəticələr qazanacağına ümidvar olduğunu bildirib. Ölkəmizin İntel İSEF müsabiqəsinə qoşulmasının təsadüfü olmadığını söyləyən Misir Mərdanov Azərbaycanın güclü elmi potensialı olduğunu və bu potensialı qoruyub saxlamağın, ondan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və başqaları müsabiqənin əhəmiyyətindən söz açıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl