SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 18-də Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil Nazirliyində görüş keçirilib.
Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və Türkiyə Ali Təhsil Şurasının sədri G.Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda keçirdiyi bir sıra görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən nazir iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib.
Misir Mərdanov Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verib, ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirib. Hazırda Türkiyə ali məktəblərində 4000-dən çox azərbaycanlı gəncin təhsil aldığını nəzərə çatdıran nazir ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinə diqqət çəkən təhsil naziri birgə elmi-tədqiqat layihələrinə xüsusi diqqət yetirilməsinin vacibliyini söyləyib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirib.
Belə görüşlərin ikitərəfli əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən G.Çetinsaya bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qonaq müasir dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs edib, ali məktəblərimiz arasındakı münasibətlərin inkişafının zəruriliyini vurğulayıb.
Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edilib.
Sonra çıxış edən Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçak, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev universitetlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və nəzərdə tutulmuş əməkdaşlıq sahələrindən söhbət açıblar.
Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində günbəgün inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi və birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşıda duran vəzifələrə toxunub, həlli vacib olan bir sıra məsələləri nəzərə çatdırıb. Hər iki ölkə universitetlərini daha sıx əməkdaşlıq yolunda fəal olmağa səsləyən nazir bunun üçün mövcud olan zəngin potensialdan səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl