• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 26-da Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə təşkil olunmuş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə iştirakçıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Nazir ümummilli lider Heydər Əliyevin idman sahəsinin inkişafına həmişə yüksək diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bu günlərdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov bu mühüm hadisəni son illər ölkəmizin bütün sahələrdə, eləcə də idman sahəsindəki uğurları ilə əlaqələndirib.
Təhsil naziri 2012-ci ilin Azərbaycanın həyatında bir çox müvafiq uğurlarla yadda qaldığını, XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri qələbəni xüsusi qeyd edib. Ölkə Prezidentinin sərəncamına əsasən 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planının təsdiq olunduğunu nəzərə çatdıran Misir Mərdanov bu müsabiqənin də həmin plana və nazirliyin müvafiq əmrinə əsasən keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, müsabiqə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə keçirilib.
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq plana uyğun olaraq keçirilən tədbirlər barədə danışan nazir bildirib ki, il ərzində uşaq-gənclər idman və uşaq-gənclər şahmat məktəbləri arasında 39 çempionat, birincilik, zona və seçmə yarışları, 11 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı təşkil olunub. Cari ildə Respublika birincilik, çempionat və kubok yarışlarında idman növləri üzrə 557 medal, o cümlədən, 219 qızıl, 172 gümüş, 166 bürünc medal qazanıldığını yüksək nailiyyət kimi dəyərləndirən Misir Mərdanov Avropa, Dünya birinciliyi və çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə də idmançılarımızın ümumilikdə 97 medal, o cümlədən, 55 qızıl, 17 gümüş, 25 bürünc medal əldə etdiyini nəzərə çatdırıb.
 Nazir 2012-ci ildə idmanın növləri üzrə 2108 nəfər yüksək dərəcəli idmançının hazırlanması, şahmat və futbolun daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlər, ümumi təhsil məktəblərində şahmatın tədrisi istiqamətində atılmış addımlar barədə ətraflı məlumat verib. Çıxışının sonunda Misir Mərdanov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb, bu nailiyyətlərin davamlı olacağına inamını ifadə edib.
Daha sonra Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə təşkil olunmuş Respublika müsabiqəsi qaliblərinin adları açıqlanıb, onlara Təhsil Nazirliyinin diplomu və hədiyyələr təqdim olunub.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Adil Əliyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, son illər bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.


10 il əvvəl