• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov, Milli Məclisin deputatları, universitet rektorları, alimlər, ziyalılar və digər şəxslər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin kollektivini yubiley münasibətilə təbrik edib. Ali təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov universitetin 50 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu bildirib. Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin mühüm yer tutduğunu söyləyən icra başçısı sənaye şəhərinin inkişafında, zavod və fabriklər üçün ixtisaslı kadr hazırlığında SDU-nun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq universitetin 50 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin təbrikini kollektivə çatdırıb. Ölkə Prezidentinin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan nazir SDU-nun Azərbaycanın təhsil sistemində xüsusi yeri olduğunu və universitetin uğurlarının ilbəil artdığını bildirib.
Misir Mərdanov universitetin Azərbaycan elminə, təhsilinə bir çox alimlər və elm adamları bəxş etdiyini və bu ənənənin bu gün də qorunub saxlanıldığını söyləyib. Universitetin Avropa təhsil sisteminə inteqrasiya yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri adlar verilmiş universitet əməkdaşlarını təbrik edən nazir onlara diplom və hədiyyələr təqdim edib.
Sonra universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən digər şəxslər də yubiley münasibəti ilə SDU-nun kollektivinə təbriklərini çatdırıb, ali təhsil müəssisəsinin uğurlarının bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.


10 il əvvəl