SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də uğurla inkişaf etdiyini bildirib. Misir Mərdanov Azərbaycanın və Həştərxan vilayətinin orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb.
Rusiya Federasiyası Həştərxan Vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb. Qonaq orta təhsil sahəsində əlaqələrin inkişafı üçün əsası qoyulmuş zəmin üzərində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Həştərxan Vilayətində orta məktəb şagirdlərinin Azərbaycan dilini öyrənməsi məsələsinə toxunan Q.V.Aleksandroviç bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib. Hər zaman Azərbaycana dost münasibət bəslədiklərini vurğulayan qonaq təhsilin digər pillələri üzrə də əlaqələrin inkişafının mümkünlüyünü bildirib.
Misir Mərdanov irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd edib. Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi qrupunun yaradılmasının məqsədəuyğun olduğunu nəzərə çatdıran nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə diqqət çəkib.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl