• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil müəssisəsinin kafedra müdiri, əməkdar elm xadimi Əbdül Əlizadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, ADPU-nun rektoru Yusif Məmmədov, universitetin professor-müəllim heyəti, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Nizami Cəfərov və digər tanınmış ziyalılar, elm xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru Yusif Məmmədov  yubilyarı təbrik edərək alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Rektor bildirib ki, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən Ə.Əlizadə 1976-cı ildən bu günədək fasiləsiz olaraq universitetdə kafedra müdiri vəzifəsində çalışır.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Ə.Əlizadənin Azərbaycan psixologiya elminə verdiyi töhvələrdən və elmin bu sahəsinin  inkişafındakı xidmətlərindən söz açıb. Alimin Azərbaycan psixologiya elmini ləyaqətlə təmsil və təbliğ etdiyini bildirən nazir yubilyarın nəinki respublikamızda, eləcə də xarici ölkələrdə tanındığını nəzərə çatdırıb. Görkəmli alimin gənc nəslə örnək olan, yüksək mənəvi keyfiyyətlərə malik ziyalılarımızdan olduğunu vurğulayan Misir Mərdanov yubilyarı təbrik edərək ona gələcək həyat və fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə digər çıxış edənlər də yubilyarı təbrik edərək ona elmi fəaliyyətində uğurlar diləyiblər.
Sonra Ə.Əlizadəyə universitetin Fəxri fərmanı və mükafat təqdim olunub.  


10 il əvvəl