• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ilə görüşüb.

Öncə Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edən təhsil naziri ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Səfiri Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib.
Misir Mərdanov bu günlərdə ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə ilə əlaqədar səfirə başsağlığı verib.
Nazir uğurla həyata keçirilən təhsil və mübadilə proqramlarının əhəmiyyətinə toxunub, bu istiqamətdə əldə olunmuş müsbət nəticələrdən danışıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələri siyahısına 82 ABŞ universitetinin daxil olunduğunu nəzərə çatdıran Misir Mərdanov, həmçinin orta təhsil üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin mümkünlüyünü söyləyib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Riçard Morninqstar ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Azərbaycan-ABŞ münasibətlərində təhsil sahəsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb.
Səfir Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində seçilmiş ali təhsil müəssisələri siyahısına digər tanınmış ABŞ universitetlərinin də əlavə edilməsinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib. Təhsilin digər pillələri üzrə əlaqələrin inkişafı yönündə atılacaq addımlara diqqət çəkən qonaq bu baxımdan Misir Mərdanovun təklifi ilə razı olduğunu nəzərə çatdırıb.
Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən təhsil naziri ABŞ-la elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü məsələlərinə toxunub. Nazir, həmçinin birgə elmi simpozium və konfransların təşkil olunması təklifini irəli sürüb. Misir Mərdanov qeyd edib ki, ölkələrimiz arasındakı təhsil əlaqələrinin inkişafı istiqamətində görülmüş işlər və müvafiq əməkdaşlığın mümkün tərəfləri haqqında ictimaiyyətə daha geniş məlumatlar verilməlidir.
Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl