• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 1-də Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və başa çatmaqda olan təqvim ilinin Azərbaycan üçün çox uğurlu olduğunu vurğulayıb. Nazir bu il elm və təhsil sahəsində həyata keçirilən yüksək əhəmiyyətli beynəlxalq layihələrdən də söz açıb.
Sonra təhsil naziri ali təhsil sahəsi ilə bağlı təqdimat-məruzə ilə çıxış edib.
Ali təhsil sahəsində görülmüş işlərdən söhbət açan nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib, yeni kampuslar istifadəyə verilib və bu təhsil ocaqlarının akkreditasiyası mexanizmi daha da təkmilləşdirilib. Misir Mərdanov 2010-2012-ci illərdə 20 universitetin akkreditasiyadan keçirildiyinə diqqət çəkərək, ali məktəblərdə tədrisin kredit sistemi ilə təşkili istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bildirən Misir Mərdanov Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Nazir ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərcləri barədə danışıb, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali məktəblərdə təhsilalanların yekun attestasiyasının və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərə toxunub. Təhsil naziri ali təhsil müəssisələrinin Avropa İttifaqı ilə birgə çoxsaylı əməkdaşlıq proqramları həyata keçirdiyini nəzərə çatdırıb. Müvafiq əməkdaşlıq proqramları sayəsində görülmüş işlərdən bəhs edən nazir nəzərdə tutulan perspektiv tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov,  Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri ali təhsillə bağlı bir sıra məsələlər barədə fikirlərini bildirib və təkliflərini veriblər.
Sonda ali təhsil sahəsində həlli vacib olan müəyyən məsələlərin müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yenidən müzakirə olunması qərara alınıb.


10 il əvvəl