• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib.

Qeyd edək ki, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanmış işlər nominasiyaları üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub.
Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qorxmaz Əliyev bildirib ki, müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim olunub. Q.Əliyev məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi baxımından müsabiqənin əhəmiyyətinə toxunub və dərnəklərə cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinə yol açdığını nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq bildirib ki, artıq altıncı ildir keçirilən müsabiqəyə təqdim olunan işlər ildən-ilə təkmilləşir. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov müsabiqənin şagirdlərin yaradıcılıq potensialının inkişafına təkan verəcəyinə inandığını söyləyib.
Şöbə müdiri son illər respublikamızda xüsusi istedada malik şagirdlərin potensialının üzə çıxarılması istiqamətində görülən işlərə diqqət çəkərək indiyə qədər keçirilmiş müsabiqələrə təqdim olunmuş ən yaxşı işlərdən ibarət kataloqun nəşrinin nəzərdə tutulduğunu deyib. Fərdi bacarıq və istedadına görə ən yaxşı işlərin müəllifi olan müsabiqə qaliblərini təbrik edən A.İbrahimov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.


10 il əvvəl