• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 27-də “Peşə təhsili və təlimində islahatlar – hazırlıq mərhələsi” adlı seminar keçirilib.

Qeyd edək ki, 2010-cu ildə Avropa Birliyi və tərəfdaş ölkələrin iştirakı ilə peşə təhsili və təlimi sahəsində üzv və tərəfdaş ölkələrdə həyata keçirilən islahatlara dəstək olmaq, həmçinin işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq modelinin inkişaf etdirilməsi məqsədilə Avropa Təhsil Fondu tərəfindən “Turin Prosesi” adlı sənəd qəbul edilib. “Turin Prosesi”nin əsas məqsədi peşə təhsili və təlimi sahəsində son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini aparmaqla uğur və çatışmazlıqları müəyyənləşdirmək, ümumi inkişaf strategiyasının formalaşmasına yardımçı olmaqdır.
Avropa Təhsil Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunmuş seminarda Azərbaycanda həyata keçirilən peşə təhsili islahatının nəticələri müzakirə edilib.
Seminarda çıxış edən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ölkəmizdə texniki peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə danışıb, “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər və əldə edilən nəticələr barədə məlumat verib.
Avropa Təhsil Fondunun eksperti Arien Dey “Turin Prosesi” çərçivəsində Azərbaycan və digər ölkələrdə peşə təhsili sahəsində həyata keçirilən islahatların müqayisəli təhlilinə toxunub. O, respublikamızda bu sahənin inkişaf etdirilməsinə təsir göstərəcək işlərin əhəmiyyəti barədə fikirlərini bildirib.
Avropa Təhsil Fondunun Peşə Təhsili və Təlimi Sistemi üzrə baş məsləhətçisi Manfred Vallenborn “Turin Prosesi”nin əhəmiyyəti və mahiyyəti haqqında söz açıb.
Seminarda, peşə təhsili və təlimi sahəsində islahatın gücləndirilməsi məqsədilə işəgötürənlər və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, sosial əməkdaşlığın inkişaf etdirilməsi üzrə strategiyanın hazırlanması, istehsal müəssisələri ilə təhsil sistemi arasında əlaqələri tənzimləmək üçün dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət əlaqələndirmə şurasının yaradılması məsələləri müzakirə edilib. Tədbirdə, həmçinin işçi qüvvəsinin əmək bazarının tələbatlarına uyğun olaraq ixtisasının artırılması, müvafiq ixtisaslaşdırılmış institutların qurulması, ixtisasların akkreditasiyası və sertifikatlaşdırılması üçün Milli İxtisas Çərçivəsinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.


10 il əvvəl