• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

2012-ci ilin oktyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (əlaqə telefonu: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 974 müraciət daxil olub.

Müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edil­ib.
Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrində, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, pullu təhsil xidmətləri üzrə ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərə toxunulub. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi və xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərə aid problemləri əhatə edib.
Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.
Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 66 müraciət qəbul edilib. Ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 4 (Sumqayıtdan 2, Gəncə və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron, Goranboy, Ağdam və Cəlilabad rayonlarının hər birindən 3, Sabirabad, Şəmkir, Lənkəran, Şəki, Qəbələ və Xaçmaz rayonlarının hər birindən 2, Hacıqabul, Saatlı, Neftaçala, Kürdəmir, Göygöl, Şamaxı, Qazax, Ağsu və Yevlax rayonlarının hər birindən 1 müraciət daxil olub.
“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə qarşı müvafiq inzibati tədbirlər görülüb. Belə ki, Bakı şəhəri Qaradağ rayonundakı 274 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması nəticəsində təhsil müəssisəsində idarəetmə sahəsində nöqsanlar aşkarlanıb və məktəb rəhbərliyinə sonuncu xəbərdarlıq edilib. Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması zamanı məktəbin idarə olunmasında yol verdiyi nöqsanlara görə məktəbin direktoru Ramiz Həsənov tutduğu vəzifədən azad olunub.
Digər 7 müraciətdə isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin diplom və təqaüdlərinın gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə köçürülməsi, xaricdə təhsil alan tələbələrin təqaüdləri ilə bağlı yaranmış problemlərdən bəhs olunub. Bütün bu müraciətlər aidiyyəti struktur bölmələrə yönəldilib və qaldırılmış məsələlər vaxtında həllini tapıb.


10 il əvvəl