• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Misir Mərdanov qonağı səmimi salamlayaraq son illər Azərbaycanla Fransa arasındakı əlaqələrin inkişafı istiqamətində atılmış addımlardan söz açıb. Nazir ölkələrarası əlaqələrin genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayıb və onun Azərbaycanla Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.
İki ölkə arasında digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışan təhsil naziri bu istiqamətdə bir sıra məsələlərə toxunub. Daha sonra Misir Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. Nazir Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna da diqqət çəkib.
Sonra Misir Mərdanov Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Paskal Mönye öncə bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında “Fransız kəndi” layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.
 Bu görüşün iki ölkənin təhsil əlaqələrinə layiqli töhfələr verəcəyinə əminliyi vurğulayan Misir Mərdanov səfirin fikirləri ilə həmrəy olduğunu açıqlayıb və yaradılacaq işçi qrupuna müvafiq qurumların əməkdaşlarının daxil edilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə təhsil sahəsində səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.


10 il əvvəl