• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşüb.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı əlaqələrin son illərdə daha da inkişaf etdiyini, qarşılıqlı münasibətlərdə təhsil sahəsinin xüsusi yeri tutduğunu qeyd edib. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Macarıstanın ali məktəblərində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin bir universitetinin müvafiq siyahıya daxil edildiyini nəzərə çatdırıb. Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunmasının mümkünlüyünü önə çəkən təhsil naziri bu istiqamətdə iş aparılmasının zəruriliyini vurğulayıb.
Nazir Azərbaycanla Macarıstanın münasibətlərinin hazırkı səviyyəsinin iki ölkə arasında təhsil sahəsində daha səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını nəzərə çatdırıb. Misir Mərdanov istər təhsil müəssisələri arasındakı əlaqələrin, istərsə də tələbə mübadiləsinin qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən Jolt Çutora ölkəsində Azərbaycanın yaxından tanındığını, xalqımıza dost münasibətin olduğunu söyləyib. Səfir bildirib ki, Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasında və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi maraq göstərir. Xüsusilə tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsindəki əməkdaşlığın ölkələrimiz arasındakı hərtərəfli və yüksək səviyyəli əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.


10 il əvvəl