• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Cari ilin avqustundan «Peşə təhsili müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılır. Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluğunun təmin edilməsinə nail olmaqdan ibarətdir.
Layihə çərçivəsində Bakı, Gəncə, İsmayıllı və Qaxdakı 5 peşə təhsili müəssisəsindən seçilmiş 100 nəfər şagirdin məzun olduqdan sonra məşğulluq məsələsinin həllinə dəstək vermək, işlə təmin olunmuş gənclərə hüquqi yardım etmək və iş adamları ilə gənclər arasında əlaqələr qurmaq istiqamətində müvafiq addımlar atılır.
Onu da qeyd edək ki, cari ilin sonunadək seçilmiş peşə təhsili müəssisələrində gələcək məzunlar üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb. Daha sonra isə təlim keçmiş gənclərin biznes strukturları, dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub.
Hazırda Bakının 12 və 13 saylı peşə liseylərində müvafiq təlimlər keçirilir. Həmçinin 3 saylı Gəncə Peşə Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyində təlimlər təşkil ediləcək.
Qeyd etmək lazımdır ki, layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.


10 il əvvəl