• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 1-də Təhsil Nazirliyində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin məsul əməkdaşları və hər iki ölkənin təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib. Nazir təqdimat-məruzəsində ölkəmizin inkişaf yolu, üzləşdiyi problemlər və Azərbaycanın təhsil sistemi haqqında qonaqlara ətraflı məlumat verib. Ölkə təhsilinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün həyata keçirilən islahatlar və ayrı-ayrı təhsil pillələri üzrə qazanılmış uğurlar barədə söhbət açan Misir Mərdanov İtaliya ilə təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.
Nazir Azərbaycan Respublikası Prezidentinin 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kadr hazırlığını nəzərdə tutan ali təhsil müəssisələri siyahısına İtaliyanın 24 ali təhsil müəssisəsinin adının daxil edildiyini bildirib. Dövlət Proqramı çərçivəsində 3 nəfər azərbaycanlı gəncin İtaliyanın ali təhsil müəssisələrini uğurla başa vurduğunu söyləyən Misir Mərdanov 4 nəfərin isə magistratura səviyyəsi üzrə bu ölkədə təhsil aldığını qeyd edib.
Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin perspektivləri müzakirə olunub.
İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin təmsilçisi Ezio Sina, La Sapienza Universitetinin professoru Angelo Filippini, “Dante Alegheri” italyan dili və mədəniyyəti mərkəzinin baş katibinin müavini Rafaella Fiorani, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva və başqaları Azərbaycanla İtaliya arasındakı qarşılıqlı təhsil əlaqələrinin möhkəmləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib, bu istiqamətdə müvafiq səylərin artırılmasının zəruriliyini nəzərə çatdırıblar.


10 il əvvəl