• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 19-da Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. Misir Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunub.
Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib.
Müşavirənin sonunda təhsil naziri Misir Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkib və bir sıra tapşırıqlar verib.


10 il əvvəl