• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 19-da Gədəbəy rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış pedaqoq, professor Qoşqar Əhmədovun 95 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, alimin həmkarları, yaxınları, tələbələri və ziyalılar iştirak ediblər.
Öncə tədbir iştirakçıları alimin adını daşıyan Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli orta məktəbin qarşısında ucaldılmış Qoşqar Əhmədovun büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
 Sonra təhsil naziri Misir Mərdanov və iştirakçılar məktəbdə alimin həyatını, yaradıcılığını əks etdirən guşə ilə tanış olublar.
 Daha sonra tədbir iştirakçıları rayon mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar.
Yubiley tədbirini giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov professor Qoşqar Əhmədovun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. R.Yediyarov qeyd edib ki, Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub, 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə Dzerjinski adına Hərbi Akademiyanı bitirib. Sonra icra başçısı Qoşqar Əhmədovun Bakı Dövlət Universitetində elmi yaradıcılıqla məşğul olduğunu, 1950-ci ildə namizədlik dissertasiyasını müdafiə etdiyini söyləyib. O, Qoşqar Əhmədovun 1956-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasına daxil olduğunu, 1961-ci ildə isə professor elmi adına layiq görüldüyünü, görkəmli alimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunduğunu bildirib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq müəllimi olmuş Qoşqar Əhmədovun 95 illik yubileyində iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Riyaziyyat elminə əvəzsiz töhfələr verən alimin sadə insani keyfiyyətləri, öz  tələbələrinə daim yaradıcılıq keyfiyyətləri  aşılaması barədə danışan Misir Mərdanov Qoşqar Əhmədovun tanınmış şəxsiyyət və böyük insan olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Qoşqar Əhmədov müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal proseslərin riyazi nəzəriyyəsi üzrə elmi fəaliyyət göstərib və bir çox gənc alimləri bu istiqamətdə tədqiqatlar aparmağa cəlb edib. Görkəmli alimin yetirmələrinin fəaliyyət coğrafiyasının çox geniş olduğunu bildirən təhsil naziri əlavə edib ki, hazırda onun tələbələri Azərbaycanla yanaşı MDB, eləcə də dünyanın bir sıra başqa ölkələrində çalışırlar.
Tədbirdə çıxış edən alimin yetirməsi professor Telman Məlikov, bacıları – dosent Gülnaz Əhmədli, dosent Gülarə Əhmədova və başqaları Qoşqar Əhmədov haqqında xatirələrini bölüşüblər.


10 il əvvəl