• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 4-də Təhsil Nazirliyində azərbaycanlı gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsilinə dair tədbir keçirilib.

Tədbirdə, həmçinin təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin İtaliya və Litva respublikalarına səfərlərinin nəticələri barədə təqdimat dinlənilib.
Misir Mərdanov iştirakçıları salamlayaraq son illər təhsil sahəsində aparılan uğurlu layihələrdən, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.  Son illər xarici ölkələrə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərin sayının artdığını qeyd edən nazir iştirakçıları statistik rəqəmlərlə tanış edib. Misir Mərdanov bildirib ki, 2007-2008-ci tədris ilində müvafiq proqram çərçivəsində 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində 421, ümumilikdə isə 1204 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Nazir gənclərin çoxunun Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdə oxuduğunu bildirib.
Təhsil naziri 2011-2012-ci tədris ilində qeyd olunan Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ölkələr üzrə statistikasını açıqlayıb. Nazir bu proqram üzrə dünyanın 23 ölkəsinin 200-dək universitetində 825 nəfər azərbaycanlı gəncin təhsil aldığı barədə məlumat verib. Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrin ixtisas sahələri üzrə göstəricilərini nəzərə çatdırıb və tibb ixtisasına daha çox üstünlük verildiyindən bəhs edib.            
Tədbirdə nazir əcnəbilərin Azərbaycanda təhsilinin önəmli məsələlərdən olduğunu xatırladaraq qeyd edib ki, hər bir əcnəbi tələbə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin dünyada tanıdılmasında mühüm rola malikdir. Misir Mərdanov 2011-2012-ci tədris ilində Azərbaycanda 5598 əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Müvafiq proqram üzrə bir sıra məsələlərə toxunan nazir, habelə ölkəmizdə daha çox əcnəbi tələbələrin təhsil almasının önəminə diqqət çəkib.
Təhsil naziri Misir Mərdanov cari ilin iyununda nümayəndə heyəti ilə birgə İtaliya və Litva respublikalarına səfəri barəsində təqdimatla çıxış edib. Nazir səfərin əsas məqsədinin İtaliya və Litvanın təhsil sistemi, hər iki ölkənin bu sahədə təcrübələri ilə tanışlıq, əməkdaşlıq əlaqələrini genişləndirmək və birgə layihələr həyata keçirmək olduğunu qeyd edib. İtaliya və Litvanın bir neçə ali və orta təhsil ocaqlarında olduqlarını bildirən təhsil naziri  bu ölkələrin elm və təhsil nazirləri ilə keçirilmiş görüşlərdə müzakirə olunan məsələlərdən bəhs edib. Misir Mərdanov universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıldığı, hər iki ölkədə təhsil alan azərbaycanlı gənclərlə görüşlər keçirildiyi haqqında da məlumat verib.
Daha sonra ilk nömrəsi çapdan çıxmış “Ali təhsil və cəmiyyət” jurnalını iclas iştirakçılarına təqdim edən nazir bu nəşrin ölkənin ali təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb. Misir Mərdanov jurnalda ali təhsilin inkişafına xidmət göstərən elmi-metodik məqalələrin dərc edildiyini, bu sahədə aparılan islahatlarla bağlı məlumatlara geniş yer ayrıldığını diqqətə çatdırıb.
 İclasda Misir Mərdanov 2009-cu ildən aparılan araşdırmaların nəticəsi olaraq “Dünyanın 100 ən yaxşı universiteti” kitabının bu günlərdə işıq üzü gördüyünü vurğulayıb. Nazir bildirib ki, kitabda Böyük Britaniyanın “Times Higher Education − QS World University Rankings” jurnalının 2009-cu il üzrə reytinq cədvəlindəki 100 universitet haqqında dolğun və ətraflı məlumat öz əksini tapıb. Nazir hər iki nəşrin pedaqoji ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb və lazımi vəsait kimi istifadə olunmasını tövsiyə edib.


10 il əvvəl