• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 2-də Mədəniyyət və Turizm Nazirliyində bu qurumla Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qarşılıqlı əməkdaşlığa dair sazişin prioritet istiqamətləri barədə məlumat verib, bu sənədin mədəniyyət və turizm sənayesi üçün peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib. Nazir onu əlavə edib ki, sazişdə ümumi təhsil müəssisələri, uşaq yaradıcılıq mərkəzləri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ölkəmizin qoruq və muzeylərində tarix, diyarşünaslıq, bədii təhsil üzrə səyyar dərslərinin təşkili və keçirilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.
 Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafından danışıb və qeyd edib ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. İmzalanacaq sazişin müvafiq istiqamətdə təhsilin daha da yüksəldilməsinə şərait yaradacağını qeyd edən təhsil naziri bu sənədin mühüm əhəmiyyətini vurğulayıb. Nazir, həmçinin sazişdə göstərilən bəndlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Misir Mərdanov bir sıra fənlərin, o cümlədən Azərbaycan tarixi fənninin müxtəlif mədəniyyət ocaqlarında tədrisinin şagirdlər üçün  önəmli olduğunu vurğulayıb.
Məlumat üçün qeyd edək ki, qarşılıqlı əməkdaşlığa dair sazişdə aidiyyəti ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, bu müəssisələrdə kadr hazırlığının təkmilləşdirilməsi, turizm elminin inkişaf etdirilməsi,  həmçinin birgə konfrans, seminar və dəyirmi masaların təşkili və digər məsələlər öz əksini tapıb. Gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması, mövcud olan müxtəlif tipli tədris müəssisələrinin fəaliyyətlərinin geniş inteqrasiya üzrə qurulması da sazişdə nəzərdə tutulan vacib məsələlərdəndir.
Mərasimdə Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda musiqi təhsilinin inkişafı sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin təmin edilməsi məqsədilə birgə işçi qrupunun yaradılması qərara alınıb. Həmin qrupa hər iki dövlət qurumunun əməkdaşlarının, ali və orta ixtisas təhsili müəssisələrinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mütəxəssislərinin daxil ediləcəyi qeyd olunub.
Sonra Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıb.
Mərasimdə  Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, mədəniyyət və turizm nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.


10 il əvvəl