SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 29-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək “Elektron təhsil” Respublika müsabiqəsinin mühüm əhəmiyyətini qeyd edib. Nazir müsabiqənin keçirilməsinin əsas məqsədinin tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarət olduğunu açıqlayıb. Müsabiqənin “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunduğunu qeyd edən nazir onu da əlavə edib ki, bu işə “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AzEduNet, Ultra, “Nar Mobile”, HP və Mədəd təşkilatları tərəfindən dəstək göstərilib.
Sonra Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə, müvafiq sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir qeyd edib ki, dövlət başçısının bu günlərdə imzaladığı “2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında” sərəncamları bu diqqətin daha bir bariz nümunəsidir. “Elektron təhsil” müsabiqəsini qeyd olunan müsabiqələrin davamı kimi qiymətləndirən təhsil naziri ümumilikdə görülən işlərin innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Nazir “Elektron təhsil” Respublika müsabiqəsinin “Elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə müəyyənləşdirilmiş nominasiyalara əsasən təşkil olunduğundan söz açıb. Nazir onu da əlavə edib ki, respublika üzrə üçüncü dəfə keçirilən müsabiqədə 817 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 112-si nominant seçilib, 16 nəfər isə qalib adına layiq görülüb. Misir Mərdanov müsabiqə üzrə “Ən fəal region məktəbi”nin seçildiyini də qeyd edib. Müsabiqə iştirakçılarının statistikasını nəzərə çatdıran təhsil naziri bildirib ki, yarışmaya Bakı şəhəri üzrə 235, Gəncədən 229, İsmayıllıdan 109, Sumqayıtdan 71, digər rayonlardan isə 173 layihə təqdim olunub. Təhsil naziri, həmçinin müsabiqədə ən fəal iştirak edən regionların Gəncə, İsmayıllı, Zaqatala, Qax, Ağdaş, Xaçmaz, Ucar və Şəki olduğunu deyib.
Çıxışının sonunda Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanlara, bu işdə yaxından iştirak edən bütün təşkilat və şirkətlərə təşəkkürünü bildirib, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər mükafatlar təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl