SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 28-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust və İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verən nazir Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb. Misir Mərdanov ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib.
Nazir ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb. Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlərdən keçirildiyindən bəhs edib.
Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib.
İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri xanım Farida Allaqhi səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, eləcə də Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb.
YUNESKO-nun İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib.
Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl