• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş Dövlət Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci və Bakı Humanitar Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.
İclasda Azərbaycan Dövlət Aqrar Universitetində aparılmış akkreditasiyanın nəticələri haqqında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. Şöbə müdiri bu təhsil ocağının ümumi fəaliyyətindən, təhsil proqramları üzrə hazırlığın məzmunundan, kadr təminatından bəhs edib. H.Zərbəliyev qeyd olunan təhsil müəssisəsi üzrə yaradılmış Akkreditasiya Komissiyasının universitetdə tədrisin təşkili vəziyyətini ətraflı təhlil etdiyini bildirib və komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib.
 Ağdaş Dövlət Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son 5 ildə məzunların ümumi göstəriciləri, aparılmış test sorğusunun nəticələri barədə məlumatları təqdim edib. O, kollecin fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya Komissiyanın təklif və tövsiyələrini nəzərə çatdırıb.
Daha sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə aparılmış araşdırma barədə çıxış etmək üçün söz Akkreditasiya Komissiyanın sədri, Bakı Sosial İqtisad Kollecinin tədris hissə müdiri İbad Əsədova verilib. İ.Əsədov kollecdə mütəxəssis hazırlığının keyfiyyəti və digər göstəricilər üzrə komissiyanın gəldiyi qənaəti iştirakçıların diqqətinə çatdırıb.
Bakı Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Xatirə Həsənzadə bu təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən, tədris şəraitindən, maddi-texniki bazasından bəhs edib, həmçinin kollecin pedaqoji heyətinin fəaliyyəti haqqında məlumat verib.
Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılmasına xidmət etdiyini vurğulayıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib.
 Sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.
Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti “yaxşı”, digər üç kollecin fəaliyyəti isə “kafi” qiymətləndirilib və bu təhsil müəssisələrinin müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.


10 il əvvəl