• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovla görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən nazir iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Misir Mərdanov Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin Azərbaycan-Almaniya təhsil əlaqələrinin səmərəliliyinin artırılmasında böyük xidmətləri olduğunu diqqətə çatdırıb və onun bu istiqamətdə gördüyü işləri xüsusi qeyd edib. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb.
Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov iki ölkənin təhsil sahəsindəki uğurlu əlaqələrindən və onun daha da möhkəmləndirilməsi istiqamətlərindən söz açıb. Səfir bu görüşün təhsil sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyəti olacağını inamla vurğulayıb.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Almaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən fəxri konsul ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib. Otto Hauzer Azərbaycanda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində reallaşdırılacağını açıqlayıb. Qonaq pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olmasının və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. Otto Hauzer, həmçinin alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən də söz açıb. Çıxışının sonunda Otto Hauzer göstərilən yüksək dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib.
Nazir Almaniyada peşə təhsili sisteminin inkişafından bəhs edərək bu ölkənin qeyd olunan sahədəki mövcud təcrübəsindən bəhrələnməyin vacib olduğunu önə çəkib. Təhsil naziri ölkəmizdə reallaşdırılması nəzərdə tutulan layihəni müsbət dəyərləndirdiyini və müvafiq təşəbbüsü dəstəklədiyini deyib. Peşə təhsili müəssisəsinin məhz Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm verdiyini açıqlayan nazir bildirib ki, yeni yaradılacaq müəssisə bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və onların fəaliyyətinin genişləndirilməsində böyük rol oynaya bilər.
Misir Mərdanov layihənin daha səmərəli həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb, bununla bağlı müəyyən addımlar atılmasının önəminə diqqət çəkib.
Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə tərəfindən məzunlara veriləcək diplomun Almaniyada tanınması, treninq kurslarının təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl