SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında elmi əməkdaşlıq və mübadilə protokollarının imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Hacəttəpə Universitetinin rektoru, professor Murat Tuncerin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın 20 illik müstəqillik tarixində ilk dəfə qardaş Türkiyənin bir ali məktəbi ilə Azərbaycanın aparıcı universitetləri arasında müvafiq protokolların eyni vaxtda imzalandığını bildirib.
Q.Novruzov təhsil naziri Misir Mərdanovun salamlarını qonaqlara çatdıraraq Azərbaycanda həyata keçirilən təhsil islahatlarından söz açıb, ali təhsil sahəsinin inkişafı istiqamətində görülmüş işlərə toxunub. Nazir müavini ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin də təcrübəsindən yararlanmağın, universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini bildirən nazir müavini qarşıdakı müddətdə minlərlə azərbaycanlı tələbənin dünyanın nüfuzlu universitetlərinə göndəriləcəyini nəzərə çatdırıb. Artıq azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanlarının daha da genişləndiyini söyləyən Q.Novruzov bununla bərabər, ölkəmizdə qardaş Türkiyənin ali məktəblərinə kifayət qədər maraq olduğunu vurğulayıb.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Hacəttəpə Universitetinin rektoru Murat Tuncer ölkələrimiz arasındakı münasibətlərin təhsil sahəsindəki əlaqələrin inkişafına təkan verdiyini qeyd edib. Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Hacəttəpə Universiteti arasında imzalanacaq elmi əməkdaşlıq və mübadilə protokollarını yüksək dəyərləndirən rektor rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, əməkdaşlığın gələcək inkişafına hərtərəfli dəstək göstərəcəklərini nəzərə çatdırıb.
Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, təhsil müəssisələrinin qarşılıqlı əlaqələrindən söhbət açan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ölkələrimizin ümumi mənafeyi naminə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd ediblər.
Mərasimin sonunda Hacəttəpə Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında elmi əməkdaşlıq və mübadilə protokolları imzalanıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl