SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində Təhsil Sisteminin Mübadiləsinə Dəstək Fondunda olub.
Fondun direktoru xanım Daiva Şutinite rəhbərlik etdiyi qurum haqqında Misir Mərdanova ətraflı məlumat verib. 2007-ci ildən fəaliyyət göstərən fondun təhsillə bağlı çoxsaylı layihələr həyata keçirdiyini bildirən direktor qeyd edib ki, ötən il Avropanın müxtəlif ölkələrindən təşkilata daxil olan 1800 müraciət əsasında 800 qrant layihəsi imzalanıb.
46 əməkdaşın çalışdığı fondun ötən ilki büdcəsinin 21 milyon avro olduğunu vurğulayan D.Şutinite bu vəsaitin 14 milyonunun Avropa İttifaqı tərəfindən, 7 milyonunun isə dövlət büdcəsindən ayrıldığını bildirib. Direktor 2014-2020-ci illərdə təşkilatın büdcəsinin 19 milyard avro civarında olmasının təxmin edildiyini nəzərə çatdırıb.
Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə 2012-ci ildə fond tərəfindən 375 avro təqaüd verildiyini söyləyən D.Şutinite ölkələrimiz arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib.
Görüşdə Azərbaycanla birgə həyata keçirilən layihələrdən söhbət açılıb və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Sonda Litva-Azərbaycan təhsil əlaqələrinin inkişafı, tələbə və müəllim mübadiləsi, eləcə də tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl