SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.
Azərbaycan, Belarus, Böyük Britaniya, Qazaxıstan, Ukrayna və Rusiyanın müvafiq ali məktəblərinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda ali məktəblərin rektorları, mütəxəssisləri, nazirliklərin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin məsul əməkdaşları iştirak ediblər.
Konfransdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər Xiyabanını da ziyarət ediblər.
Daha sonra konfrans iştirakçıları Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziya ilə yaxından tanış olublar.
Konfrans iştirakçıları Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundakı Heydər Əliyev muzey-lektoriyasında da olublar. İştirakçılara institutun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Konfransın plenar iclasında və elmi bölmələrdə məruzələr dinlənilib, müzakirələr aparılıb. Konfransın proqramına mütəxəssislərin 130-dan artıq məruzəsi daxil edilib.
Konfransı giriş sözü ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov açaraq iştirakçıları salamlayıb, bu tədbirin əhəmiyyətindən bəhs edib. A.Zamanov “İnnovasiyalar keyfiyyətin yüksəlməsinə xidmət etməlidir” adlı məruzə ilə çıxış edib.
Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans iştirakçılarına çatdırıb. Nazir müavini Azərbaycanın müstəqil dövlət kimi bütün istiqamətlər üzrə inkişaf etdiyini, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunduğu qeyd edib. Bu sahədə respublikamızda görülən işlərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan ətraflı danışan Q.Novruzov konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra konfransda Ukraynanın İnformasiya Texnologiyaları və Təlim Vasitələri İnstitutunun direktoru Valeri Bıkov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, Ukrayna Təhsil Menecmenti Universitetinin rektoru Viktor Olenik, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutunun rektoru Nataliya Kolokar və digərləri geniş məruzə ediblər.
Müzakirələrdən sonra konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl