• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 5-də “Avropa” otelində “Milli kvalifikasiyalar çərçivəsinin tətbiqi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer, Avropa Təhsil Fondunun eksperti Aryen Deij, Dünya Bankının eksperti Olav Aarna, Avropa Şurasının, Avropa Təhsil Fondunun və digər beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov seminarın Azərbaycanın Avropa təhsil məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir müavini bildirib ki, Azərbaycan müstəqil dövlət kimi bütün istiqamətlər üzrə, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunur. Milli kvalifikasiyalar çərçivəsinin tətbiqinin də zəruri islahatlardan biri olduğunu vurğulayan Q.Novruzov seminarda müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini nəzərə catdırıb.
Sonra Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer, Dünya Bankının eksperti Olav Aarna və başqalarının təqdimat-məruzələri dinlənilib.
Çıxışlardan sonra seminar işçi qruplarında işini davam etdirib, müvafiq müzakirələr aparılıb.
Beynəlxalq seminar işini iyunun 6-da davam edəcək.


10 il əvvəl