• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 31-də təhsil naziri Misir Mərdanov MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov iştirak ediblər.
Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Rusiya arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, xüsusi ilə təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Son zamanlar ölkəmizin orta ümumi təhsil məktəblərində rus dilinə marağın artdığını qeyd edən nazir ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq hazırda rus dilinin öyrənilməsinə diqqətin gücləndiyini vurğulayıb. Ali məktəblərdə rus dili ilə bağlı problem olmadığını, eləcə də Bakı şəhərindəki məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə aparılmasını diqqətə çatdıran Misir Mərdanov rayonlarda fəaliyyət göstərən rus dilli məktəblərdə tədris səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görməyin zəruriliyini vurğulayıb. Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını, eyni zamanda Bakıda rus liseyinin yaradılmasını təklif edib və bu məsələyə dair qonaqların fikri ilə maraqlanıb.
MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçev səmimi qəbula görə Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu deyən qonaq hər hansı bir ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb olunduğunu qeyd edib. Qonaq rus dilinin inkişafı üçün Rusiyanın maliyyə dəstəyi göstərməsi və müvafiq əməkdaşlığın hüquqi cəhətdən əsaslandırılması məsələlərinə də toxunub. K.Kosaçev Azərbaycanda rus dilinin tədrisi üçün əlverişli şəraitin yaradılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. Misir Mərdanovun müvafiq təkliflərini qəbul etdiyini söyləyən qonaq yaxın vaxtlarda qeyd olunan məsələlərlə əlaqədar işə başlanacağını nəzərə çatdırıb.
Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.


10 il əvvəl