SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 23-də 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.
Qeyd edək ki, «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən «Elektron Təlimləndirən Sistemlər» layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. «Elektron Təlimləndirən Sistemlər» layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və elektron resurslardan istifadə bacarıqlarının artırılmasını təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində 30 şagird və 7 müəllimə heyəti “Apple” şirkətinin istehsalı olan “Macbook” noutbukları verilib və şagirdlərin evlərdən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması təmin olunub. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik internet bağlantıları ilə təchiz olunub. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün informasiya-kommunikasiya texnologiyaları avadanlığından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb.
Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, millət vəkili Kamilə Əliyeva, ali məktəb rektorları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, orta məktəb direktorları və digər qonaqlar iştirak ediblər.
Öncə qonaqlar məktəbdə yaradılmış Distant Təhsil Mərkəzi ilə tanış olub və məsafədən tədris olunan dərs prosesini izləyiblər.
Sonra tədbir məktəbin akt zalında davam etdirilib.
Açılışdan sonra «Nobel-T» şirkətinin direktoru Salam Əliyev layihə ilə bağlı hesabat xarakterli təqdimatla çıxış edib.
Mərkəzin metodist-eksperti Roza Qasımovanın www.mesafedenmekteb.edu.az internet portalı haqqında təqdimatı dinlənilib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq Azərbaycanın təhsil sistemində daha bir yeni və uğurlu addımın atılmasından məmnunluğunu bildirib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilə cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən nazir bu layihənin müsbət cəhətlərindən söz açıb.
Təhsil naziri layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək layihənin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Layihənin uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə edən Misir Mərdanov bu istiqamətdə görüləsi işlərin çox olduğunu bildirib.
Daha sonra çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov rəhbərlik etdiyi təhsil müəssisəsində tədris prosesində İKT-dən istifadə istiqamətində görülmüş işlərdən və bu sahədə qazanılmış uğurlardan söz açıb.
Valideynlər adından çıxış edən Məlahət Şirinli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarının yaxşılaşdırılması məqsədilə göstərilən qayğıya görə təşəkkürünü bildirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl