• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 23-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas ilə görüşüb.

Qonağı səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə “Qızıl çinar” mükafatı ilə təltif olunması münasibətilə təbrik edib. İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən bəhs edib.
Azərbaycan və Litva universitetləri arasında tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını vurğulayan nazir, həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə maraqlanıb.
Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasında təhsil əlaqələrinin son illər daha da inkişaf etməsindən söz açan səfir ölkəsinin ali məktəbləri haqqında məlumat verib.
Qonaq Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunan Kestutis Kudzmanas Litvada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr, alimlərin təcrübə mübadiləsi barədə fikirlərini bildirən səfir ölkəsində peşə təhsilinin mövcud durumu barədə məlumat verib.
Azərbaycanda təhsil sahəsinin sürətli inkişafının şahidi olduğunu bildirən Kestutis Kudzmanas səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və təhsil nazirini Litvaya dəvət edib.  
Qonağa təşəkkürünü bildirən təhsil naziri iyunun 15-dən 22-dək Litva Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb və səfər zamanı bir sıra məsələlərin geniş müzakirə olunacağını bildirib.
Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.


10 il əvvəl