• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 17-də Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şirvan  Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Həcər Babayeva bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələrlə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib.
Şirvan  Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Fərrux Məmmədov bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb.
Bakı Dövlət Sosial İqtisadi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Lətif İsmayılov iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti, müvafiq göstəriciləri və komissiyanın gəldiyi qənaətlə tanış edib.
Hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib.
İclasda təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin akkreditasiya prosesinin daha səmərəli təşkili məsələləri barədə fikirlərini bildirib.
Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə əsasən, cavab verdiyi nəzərə alınaraq, Azərbaycan Milli Konservatoriyanın nəzdində Musiqi Akademiyanın fəaliyyəti "yaxşı", digər iki müəssisənin fəaliyyəti isə "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.


10 il əvvəl