SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 15-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş ifa üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ifa üzrə II Respublika müsabiqəsi Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli 1696 və 1698 nömrəli əmrlərinə müvafiq olaraq təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin və orta ixtisas təhsili müəssisələri tələbələrinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, milli rəqslərimizi yaşatmaq, xüsusi istedada malik gəncləri üzə çıxartmaqdan ibarətdir.
Mərasimdə öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, belə tədbirlərin keçirilməsinin gənc ifaçıların gələcək həyatına müsbət təsir edəcəyinə və onların bir peşəkar kimi yetişməsində yüksək rol oynayacağına ümidvar olduğunu bildirib.
Regionlardan olan təhsil müəssisələrinin şagird və tələbələrinin müsabiqəyə xüsusi maraq göstərdiklərini vurğulayan nazir müavini müsabiqənin 4 mərhələdə keçirildiyini və münsiflər heyəti tərəfindən qaliblərin müəyyənləşdirildiyini qeyd edib. Qalibləri təbrik edən və onlara gələcək həyatlarında uğurlar arzulayan Qulu Novruzov müsabiqənin növbəti illərdə də keçiriləcəyini bildirib.
Mərasimdə Milli Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, BSU-nun rektoru Kamal Abdullayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək qalibləri təbrik ediblər.
Müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan şagird və tələbələrə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl