SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
27 aprel–7 may 2012-ci il tarixlərində Rumıniyanın Yası (İassi) şəhərində məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatı keçirilib.
İsveçrə sistemi ilə 6 yaş qrupu üzrə keçirilən çempionatda 36 ölkədən 284-ü oğlan, 369-u qız olmaqla 653 məktəbli iştirak edib. Azərbaycan bu yarışda Təhsil Nazirliyinin 24 şahmatçıdan ibarət komandası ilə təmsil olunub.
Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdi Günay Məmmədzadə qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 212 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədova, Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Şahəliyev, Ucar Rayon Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xatın Bağırova gümüş medala layiq görülüblər. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin şagirdi Aytən Əmrayeva və Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, Bakı şəhəri 13 nömrəli tam orta məktəbin şagirdi Nərmin Söyünlü isə bürünc medal qazanıblar.
Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirmələri Ümid Aslanov 5-ci yeri tutaraq kubok və medalla, Elxan Bayramov 7-ci, Abdulla Qədimbəyli isə 10-cu yeri tutaraq diplomla təltif olunublar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl