• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Mayın 3-də “Hilton” otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının təqdimat mərasimi keçirilib.

Tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda yüksək təhsilli, müasir dünyanın fəal üzvünə çevrilmək iqtidarında olan gənc nəslin formalaşdığını qeyd edən icra katibi bunu ölkə təhsilinin ümümi inkişaf səviyyəsinin təzahürü kimi səciyyələndirib.
Əli Əhmədov Azərbaycan təhsilinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş zəngin inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Gələcək nəsillərin müasir dövrümüzdə qazanılmış nailiyyətlərlə yanaşı, bu mərhələyə qədər keçilmiş yol haqqında da müfəssəl məlumatlar əldə etmək haqqının olduğunu nəzərə çatdıran millət vəkili təhsil naziri, professor Misir Mərdanovun müəllifliyi ilə hazırlanmış “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının təhsil tariximizin ciddi şəkildə öyrənilməsi ehtiyacından irəli gəldiyini bildirib. Kitabı yüksək qiymətləndirən Ə.Əhmədov deyib ki, bu toplu sadəcə dərin tədqiqat araşdırması deyil, həm də ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi töhfədir.
“Azərbaycan təhsil tarixi” kitabının əhəmiyyəti, məzmun zənginliyi barədə fikirlərini bildirən Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Vaqif Abbasov, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, millət vəkili Sabir Rüstəmxanlı, professor Fərrux Rüstəmov və “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov bu toplunu tarixi proseslərə obyektiv münasibət baxımından mükəmməl elmi mənbə kimi dəyərləndiriblər. Qeyd edilib ki, kitab professor Misir Mərdanovun Azərbaycan təhsili ilə bağlı arzu və istəklərinin aynası olmaqla yanaşı, həm də keçmişə qiymətləndirməyə, müasir dövrün proseslərinə işıq salmağa və gələcəyi daha düzgün müəyyənləşdirməyə imkan verir.
Təhsil naziri Misir Mərdanov “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının belə möhtəşəm təqdimat mərasiminin reallaşmasına verdiyi dəstəyə görə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib, müəllifi olduğu üçcildlik kitabın hazırlanması işinə ümummilli lider Heydər Əliyevin tövsiyəsi əsasında başlanıldığını nəzərə çatdırıb. Nazir kitabın üç cildinin ərsəyə gəlməsini ulu öndərin parlaq ideyalarından daha birinin də gerçəkləşməsi kimi səciyyələndirib və bu işin davam etdirildiyini, kitabın IV cildinin hazırlandığını qeyd edib.
Kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Misir Mərdanov Azərbaycan təhsilinin keçdiyi zəngin və şərəfli inkişaf yolunun üçcildlikdə əksini tapdığını vurğulayıb. Nazir bildirib ki, kitabın I cildində 1920-ci ilədək, II cildində sovet dövrünün, III cildində isə Azərbaycanın müstəqillik illərinin təhsil tarixi ilə bağlı məlumatlar əks olunub və ölkə təhsilinin mövcud inkişaf səviyyəsinə çatması üçün görülmüş işlər barədə geniş məlumatlar verilib.


10 il əvvəl