SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 30-da Şəki şəhərində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov, Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları və digər şəxslər iştirak ediblər.
Konfransdan öncə Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra təhsil naziri Misir Mərdanov riyaziyyat müəllimləri Almaz Əsədovanın III, Səbuhi Qurbanovun IX siniflərdə apardıqları "açıq dərs"lərdə iştirak edib.
Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Konfransı giriş sözü ilə açan Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq elmi-praktik konfransın Şəkidə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəkinin milli-mənəvi dəyərlərindən söz açan E.Usubov şəhərin qədim mədəniyyət mərkəzlərindən biri olduğunu, hələ XIX əsrdən burada qəza və rus məktəblərinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Şəkidə 20 yeni məktəb binasının tikildiyi, 3 məktəbin isə əsaslı təmir olunduğu barədə məlumat verib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə dinlədiyi "açıq dərs"lərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Hər iki müəllimin peşəkarlığına diqqət çəkən nazir regionlarda təhsilin sürətlə inkişaf etdiyini söyləyib.
Son illər Şəkidə müşahidə olunan dinamik inkişafdan söz açan təhsil naziri ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Misir Mərdanov regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə qəbul olunmuş Dövlət Proqramının əhəmiyyəti və proqram çərçivəsində görülmüş misilsiz işlər barədə fikirlərini bildirib.
Bölgələrdə belə tədbirlərin keçirilməsinin vacibliyini önə çəkən nazir konfransın əhatə etdiyi 6 rayonun təhsil göstəriciləri haqqında müvafiq statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl