• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 27-də Bakının Şüvəlan qəsəbəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlı Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən həyata keçirilən “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində ailə əsaslı Kiçik qrup evinin açılış mərasimi keçirilib.

Təhsil Nazirliyi tərəfindən inşa olunmuş ailə əsaslı Kiçik qrup evinin açılış mərasimində təhsil naziri Misir Mərdanov, “Avstriya Hilfsverk» beynəlxalq təşkilatının baş meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, YUNİSEF-in, Avropa Birliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İlk öncə Kiçik qrup evinə baxış keçirilib. Qonaqlar Kiçik qrup evinin şəraiti və imkanları ilə yaxından tanış olublar.
Mərasim iştirakçılarına məlumat verilib ki, Kiçik qrup evinin yaradılmasında məqsəd övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində fərdi, eləcə də inkişaf planında nəzərdə tutulmuş qaydada qayğı göstərməkdən ibarətdir. Qeyd olunub ki, dövlət uşaq müəssisələrindən Kiçik qrup evində yaşamaq üçün 8-13 yaş arasında 10 nəfər qız seçilib. Uşaqlar ailə mühiti yaradılmış Kiçik qrup evində yaşamaqla yanaşı, yaxın ərazidə yerləşən ümumi təhsil məktəbində təhsillərini davam etdirəcək və tərbiyəçilər 24 saat ərzində onların təlim-tərbiyəsi ilə məşğul olacaqlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, Kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları vardır.
Onu da qeyd edək ki, Kiçik qrup evinin saxlanması xərcləri bir il ərzində layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra bu evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Bütün bu məsələlərin tənzimlənməsi üçün “Kiçik qrup evinin nümunəvi əsasnaməsi” hazırlanıb və sənəd təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.
Kiçik qrup evi ilə tanışlıqdan sonra təəssüratlarını bölüşən təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya» beynəlxalq təşkilatı ilə həyata keçirilən layihənin artıq müsbət nəticələr verdiyini söyləyib. Nazir valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu xidmətin yaradılmasında Təhsil Nazirliyinə dəstək verən Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və “Hilfsverk Avstriya» beynəlxalq təşkilatına, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən “Avstriya Hilfsverk» beynəlxalq təşkilatının baş meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, YUNİSEF-in və Avropa Birliyinin nümayəndələri Kiçik qrup evində yaradılmış şəraitdən məmnun qaldıqlarını, Azərbaycan hökuməti, Təhsil Nazirliyi ilə əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayıblar.
Elə həmin gün təhsil naziri Misir Mərdanov Mərdəkan qəsəbəsində Ailə Təlim və Məsləhət Mərkəzinin açılışında da iştirak edib. Açılışın rəmzi olan qırmızı lent kəsildikdən sonra mərkəzə baxış olub.
Bildirilib ki, mərkəzdə himayədar ailələr üçün peşəkar təlim kursları və valideynlər üçün xüsusi təlim kursları təşkil ediləcək, eləcə də himayədar ailələrlə maarifləndirici iş aparılacaq.
Ailə Təlim və Məsləhət Mərkəzində yaradılmış şəraitlə tanış olan Misir Mərdanov yeni mərkəzin fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə edib.


10 il əvvəl