SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi təhsil məktəblərinin şagirdləri arasında 28 May–Respublika günü münasibəti ilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçiriləcək.
Müsabiqə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 18 aprel 2012-ci il tarixli, 601 nömrəli əmrinə əsasən təşkil ediləcək. Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir.
Üç nominasiya (xalq çalğı alətlərində ifa, mahnı, şeir nominasiyası) üzrə keçiriləcək müsabiqə 4 mərhələdən (məktəb, rayon (şəhər), zona və respublika mərhələsi) ibarət olacaq.
Müsabiqənin respublika mərhələsinin seçim turu və qaliblərin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl