• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm və təhsil xadimləri, tanınmış ziyalılar, respublikamızın ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, eləcə də Türkiyənin, Şimali Kiprin nüfuzlu universitetlərinin nümayəndələri və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.
İlk öncə universitetin tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Azərbaycanda pedaqoji kadrların hazırlanmasında çox böyük xidmətləri olmuş ADPU-nun 90 illik yubileyi münasibətilə pedaqoji kollektivi və tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşının fəxri adlar və mükafatlarla təltif olunduğunu nəzərə çatdırıb. Nazir həmin sərəncamların bütün kollektivə, müəllimlərə, alimlərə verilən qiymət kimi səciyyələndirib. Misir Mərdanov ölkə başçısının 18 aprel 2012-ci il tarixli sərəncamları ilə təltif olunanların adlarını oxuyaraq onlara gələcəkdə yeni-yeni uğurlar arzulayıb və universitetin kollektivi adından cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Təhsil naziri qeyd edib ki, universitet yarandığı vaxtdan indiyədək bu tədris ocağında Azərbaycan təhsil sistemi üçün 150 mindən çox müəllim yetişdirilib. Daha sonra nazir təhsil müəssisəsinin məşhur məzunlarının adlarını diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali məktəbin bir qrup əməkdaşını yüksək dövlət mükafatlarına layiq gördüyü üçün ölkə Prezidenti cənab İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib. Sonra rektor «ADPU-nun tarixi, bu günü, perspektivləri» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə universitetin yaranma tarixi, zəngin inkişaf yolunda qazandığı uğurlar, ölkəmizin təhsil müəssisələri üçün kadr hazırlığı ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs olunub.
Rektor universitetin son 40 ildə qazandığı böyük uğurların ümummilli liderimiz Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi qayğı sayəsində əldə edildiyini vurğulayıb. Ulu öndərin 5 dəfə bu ali məktəbdə olduğunu söyləyən Y.Məmmədov ADPU-nun bu gün də inkişaf etdiyini, yeni yüksəliş dövrünü yaşadığını bildirib.
Sonra universitetin ulu öndər Heydər Əliyevin də iştirak etdiyi 60 illik yubiley mərasiminə həsr olunmuş film nümayiş etdirilib.
Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Səbail RİH-in başçısı Asif Əsgərov, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və başqaları ADPU-nun professor-müəllim heyətini və tələbələrini təbrik ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub.
Sonda xor kollektivinin ifasında universitetin himni səsləndirilib.


10 il əvvəl