• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Martın 2-dən 5-dək Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində rus dili və ədəbiyyatı fənni üzrə “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV Olimpiada keçirilib.

Martın 2-dən 5-dək Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində rus dili və ədəbiyyatı fənni üzrə “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV Olimpiada keçirilib.
Olimpiadanın ilk günü VI sinif, sonrakı günlərdə isə VII sinif şagirdləri bilik yarışına qoşulublar. Olimpiadada Bakı və Sumqayıtın ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər.
Olimpiadanın fevralın 29-da keçirilmiş açılış mərasimində Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru, Təhsil Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları çıxış edərək şagirdlərə uğurlar arzulayıblar.
Daha sonra şagirdlərin ifasında mahnı və şeirlər dinlənilib.
Olimpiadanın növbəti mərhələsi 13-15 mart və 2-4 aprel 2012-ci il tarixlərində keçiriləcəkdir.


10 il əvvəl