• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 22-də “Gülüstan” sarayında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Uşaqlar və müharibə” mövzusunda Respublika rəsm sərgisi keçirilib.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ictimaiyyəti və ziyalıların iştirak etdiyi tədbirdə ilk öncə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Qeyd edək ki, Təhsil Nazirliyinin tədbirlər planına əsasən, respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunmuş 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil edilib. Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi sərginin Respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumi təhsil məktəblərinin və peşə liseylərinin şagirdləri tərəfindən işlənmiş 1200-dən çox rəsm işi təqdim olunub.
Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərgi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək məqsədlərinə xidmət edir. Xocalı qətliamının hər il bütün təhsil müəssisələrində qeyd olunduğunu və yüz minlərlə məktəblinin bu tədbirlərdə iştirak etdiyini söyləyən nazir sərginin respublika mərhələsində qalib adına layiq görülən 100 rəsm işinin Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçiriləcək sərgidə nümayiş etdiriləcəyini nəzərə çatdırıb.
Təhsil naziri qeyd edib ki, rəsm sərgisi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətindən söz açan Misir Mərdanov Xocalı faciəsindən sonra doğulmuş uşaqların təxəyyülündə həmin müdhiş hadisələrin əksini tapmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
Xocalı soyqırımının dəhşətlərindən bəhs edən təhsil naziri bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən Xocalıda misli görünməmiş, xüsusi amansızlıqla törədilmiş faciə nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca işgəncələrlə öldürülüb. 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirildiyini diqqətə çatdıran nazir 1275 uşaq, qadın və qocanın girov götürüldüyünü, səkkiz ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyini vurğulayıb.
Misir Mərdanov yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi–hüquqi qiymət verildiyini qeyd edib. Təhsil naziri işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini bildirib.
Sonra çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Milli Məclisin deputatı Bəxtiyar Əliyev bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu, Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində zəruri addımlar atıldığını, bir çox ölkələrdə faciənin ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Uşaqlar və müharibə” mövzusunda Respublika rəsm sərgisi ilə tanış olublar.


10 il əvvəl