• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 21-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, artıq beşinci ildir ki, “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin uğurla nəticələnməsində ekspertlərdən ibarət fənn komissiyalarının səmərəli fəaliyyətinin əhəmiyyətinə toxunan nazir bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II mərhələdə iştirak etmək hüququ qazandığını nəzərə çatdırıb.
Müsabiqə iştirakçıları olan müəllimlərin fənlərə görə təsnifatından bəhs edən təhsil naziri bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir ekspert komissiyasının təşkil olunduğunu söyləyib. Misir Mərdanov Təhsil Nazirliyi nümayəndəsinin hər bir ekspert komissiyasında müşahidəçi qismində iştirak edəcəyini və təşkilati məsələlərin onlar tərəfindən həll olunacağını bildirib.
Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün müəyyən olunmuş 12 meyar üzrə ekspertlərin verəcəkləri balların yazılı şəkildə əsaslandırılmasının vacibliyini diqqətə çatdırıb. Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətində nazirliyə ərizə ilə müraciət etmək imkanının verildiyini vurğulayan Misir Mərdanov bildirib ki, sınaq dərsinin müzakirəsi yalnız müəllimin iştirakı ilə aparılacaq.
İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, sınaq dərsləri Bakı şəhərindəki 21 ümumi təhsil müəssisəsində təşkil olunacaqdır. Təhsil naziri həmin məktəblərin rəhbərlərinə müvafiq təşkilati işlərin görülməsi üçün zəruri tapşırıqların verildiyini vurğulayıb.
Misir Mərdanov istedadlı müəllimlərin və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılması kimi nəcib məqsədlərə xidmət edən bu müsabiqənin təşkilində iştirak edən hər kəs tərəfindən obyektivlik və ədalət prinsiplərinin başlıca amil kimi qəbul olunmasının zəruriliyini nəzərə çatdırıb. Sonda “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərə uğurlar arzulayan nazir, həmçinin onlara bir sıra müvafiq tövsiyələrini də verib.


10 il əvvəl