• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 10-da Təhsil Nazirliyində “Meşələri qoruyaq” adlı gənc meşəçilərin Respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə təşkil olunmuş müsabiqənin Respublika mərhələsinə 53 rayon və şəhərdən 300-ə qədər yaradıcılıq işi təqdim olunub. Məktəblilərin yaradıcılıq işlərində meşələrin əhəmiyyəti, fauna və florası, nadir bitki və heyvan növləri, meşənin ekoloji vəziyyətinə dair ekoloji tədqiqatların nəticələri, təbii sərvətlərə və canlılara qayğıkeş münasibətin zəruriliyi təsvir edilib. Təqdim olunmuş referatlarda, ekoloji layihələrdə meşədə ekoloji cığırın yaradılması, turistlərin ekoloji maarifləndirilməsi, meşələrə antropogen təsirin öyrənilməsi və qiymətləndirilməsi, meşənin qırılmasının qarşısının alınması, yeni meşə zolaqlarının salınması, meşə ehtiyatlarının davamlı istifadəsi və bərpa olunması, meşə bitkilərinin tədris-təcrübə sahəsində artırılması üçün məktəblilər tərəfindən görülən işlər şərh olunub. Respublika üzrə fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, uşaq yaradıcılıq mərkəzlərinin ekoloji dərnək üzvlərinin, həmçinin “gənc meşəçilər” dəstələrinin həyata keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işlərinə aid yazılarda məktəblilərin bu sahədə ekoloji fəaliyyəti geniş əksini tapıb.
Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Qulu Novruzov ekoloji problemlərin həlli məsələsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda ətraf mühitin qorunması istiqamətində həyata keçirilmiş tədbirlərə diqqət çəkən nazir müavini hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə çoxsaylı meşə massivlərinin və yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırıb.
Q.Novruzov hazırda ekologiyanın qorunması və ətraf mühitin daha etibarlı mühafizəsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin parlaq nəticələr verdiyini vurğulayıb. Bütün cəmiyyətin bu işdə fəallıq göstərməsinin vacibliyini qeyd edən nazir müavini son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib. 
Təhsil nazirinin müavini gənc meşəçilərin Respublika müsabiqəsinin 3 nominasiya və 3 mərhələ üzrə respublikanın orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, “gənc meşəçilər” dəstələrinin üzvləri arasında keçirildiyini diqqətə çatdırıb. Q.Novruzov bildirib ki, müsabiqə meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunub.
Müsabiqənin respublika mərhələsində Naxçıvan MR, Bakı, Şamaxı, Lənkəran, Qax, Şirvan, İsmayıllı, Göyçay, Tərtər, Şabran, Tovuz, Xaçmaz, digər şəhər və rayon məktəblilərinin yaradıcılıq işlərinin münsiflər heyəti tərəfindən qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüldüyünü söyləyən nazir müavini qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun Meşəçilik şöbəsinin müdiri Allahverdi Doluxanov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçisi Natiq İsmayılov və başqaları məktəblilərin ekoloji maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib, bu baxımdan Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildiriblər.
Sonda müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.


10 il əvvəl