• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin akkreditasiyasının nəticələri müzakirə olunub. 
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin mühüm rol oynadığını nəzərə çatdırıb.
Xaçmaz Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli Bakı Peşə Liseyinin direktoru Vidadi Quliyev bu təhsil müəssisəsinin ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Xaçmaz Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb.
Gədəbəy Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. E.Cəfərov Gədəbəy Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib.
Daha sonra Salyan Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri, 17 nömrəli Bakı Peşə Liseyinin direktor müavini Azad Qədirov çıxış edib. A.Qədirov təqdimat-məruzəsində liseyin fəaliyyətindən, test sorğusu üzrə göstəricilərdən, ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs edib.
1 nömrəli Sumqayıt Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müəllimi  Şahrza Ağayev  akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb.
Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.
 Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib.
İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.


10 il əvvəl