• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 27-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri ADNA-nın rektoru Siyavuş Qarayev açaraq rəhbərlik etdiyi ali məktəbdə 50 il öncə əcnəbi vətəndaşlar üçün yaradılmış hazırlıq fakültəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. S.Qarayev bildirib ki, adıçəkilən fakültə keçmiş SSRİ məkanında əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş ikinci tədris mərkəzi olub.
Rektor qeyd edib ki, 50 il ərzində 13 min məzunu olan fakültə dünyanın 103 ölkəsi üçün dövlət və aparıcı elm xadimləri, istehsalat rəhbərləri, neft və neft-kimya mütəxəssisləri yetişdirib. Fakültənin məzunları arasında dünyada tanınmış bir sıra şəxslərin olduğunu nəzərə çatdıran S.Qarayev yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsində fakültə müəllimlərinin xüsusi əməyi olduğunu vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk texniki ali təhsil ocağı olan, çağdaş elm və təhsil tarixində özünəməxsus yer tutan, respublikamızda sənaye və iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsinə sanballı töhfələr verən Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi 91 il ərzində təkcə Azərbaycan üçün deyil, keçmiş ittifaqın müxtəlif respublikaları, eləcə də digər xarici ölkələr üçün peşəkar kadr hazırlığına layiqli töhfələr verib. Ali təhsil müəssisəsinin əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin fəaliyyət göstərdiyi müddətdə böyük inkişaf yolu keçdiyini söyləyən təhsil naziri fakültənin fəaliyyətinin əhəmiyyətindən danışıb.
Təhsil naziri 2011-ci ilin bir sıra əlamətdar tarixi hadisələrlə, o cümlədən bir çox ali təhsil müəssisələrinin yubileylərinin keçirilməsi ilə yadda qaldığını nəzərə çatdırıb. Nazir cari ildə respublikamızın həyatında baş vermiş ən önəmli hadisənin–Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi olduğunu vurğulayıb.        
 Misir Mərdanov əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin müəllim və tələbələrini yubiley münasibəti ilə ölkəmizin təhsil işçiləri adından təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Təhsil naziri yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və akademiyanın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illiyi münasibəti ilə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanını və Fəxri fərmanları akademiyanın təltif olunmuş əməkdaşlarına təqdim edib.
Sonra əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov, fakültənin əcnəbi dillər kafedrasının müdiri Aida Yakovleva çalışdıqları ali təhsil müəssisəsində əcnəbi tələbələrlə aparılan işlərdən söz açıb, bundan sonra da yüksək ixtisaslı kadrların hazırlanması işində var qüvvələrini əsirgəməyəcəklərini bildiriblər.
Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin məzunu, doktorant, Suriya vətəndaşı Moaoe Daas, qaz-neft mədən fakültəsinin tələbələri, Çin Xalq Respublikasının vətəndaşı Şanq Lei, Vyetnam vətəndaşı Nguyen Xuan Quy çıxış edərək Azərbaycan Dövlət Neft Akademiyasında onların yüksək bilik və savad almaları üçün yaradılan şəraitdən razılıq hissi ilə söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə ADNA-nın rəhbərliyinə, professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.


10 il əvvəl