• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə nazirlər, millət vəkilləri, rektorlar, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqi təmayüllü təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan xalqının böyük oğlu Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının 90 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini təbrik edib. Bu gün Azərbaycan musiqisinin və incəsənətinin bayramı olduğunu vurğulayan təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin yubileylə bağlı imzaladığı xüsusi sərəncamları təhsilə, mədəniyyətə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirib.
Yubiley ərəfəsində ölkə Prezidentinin sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Bakı Musiqi Akademiyasının 46 əməkdaşının müxtəlif fəxri adlar və «Tərəqqi» medalı ilə təltif olunduğunu, 2 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü nəzərə çatdıran Misir Mərdanov bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirib. Nazir çıxışının sonunda akademiyanın əməkdaşlarına yeni-yeni nailiyyətlər arzulayaraq tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, hər zaman bu təhsil ocağına çox böyük diqqət və qayğı ilə yanaşılıb. Bakı Musiqi Akademiyasının yetirmələrinin mədəniyyətimizin, incəsənətimizin inkişafındakı rolundan söz açan nazir bu ali məktəbin daha böyük uğurlar qazanmağa qadir olduğunu vurğulayıb.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tədbir iştirakçılarını salamlayıb, rəhbərlik etdiyi təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə ölkə Prezidentinə akademiyanın professor-müəllim heyəti və tələbələri adından dərin minnətdarlığını bildirib. F.Bədəlbəyli qeyd edib ki, Bakı Musiqi Akademiyası Azərbaycanın musiqi sənətinə dahi bəstəkarlar, ifaçılar bəxş edib, görkəmli musiqişünas alimlər yetişdirib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə akademiyanın əməkdaşlarına verilmiş fəxri adların və medalların təqdimatı olub.
Mərasim Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konsert proqramı ilə başa çatıb.


10 il əvvəl