• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüşüb.

Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da iştirak edib.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Təhsil naziri Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, təhsil işçilərindən ibarət nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb. Birgə əlaqələrin inkişafında orta məktəblər arasındakı münasibətlərin də əhəmiyyətli olacağına inamını ifadə edən Misir Mərdanov iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılmasının mümkünlüyünə diqqət çəkib.
Azərbaycanda ali məktəb rəhbərləri ilə keçirdiyi görüşlər haqqında söz açan Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak rəhbəri olduğu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Qonaq qeyd edib ki, Doğu Akdəniz Universitetində təhsil alan azərbaycanlı tələbələr tədris uğurları ilə fərqlənir.
A.Öztoprak Doğu Akdəniz Universitetinin tarixi, tədris olunan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Müəllim və tələbə mübadiləsində maraqlı olduqlarını bildirən rektor universitetin beynəlxalq səviyyədə tanınan ixtisaslarının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə müvafiq siyahıya əlavə edilməsi məsələsinə toxunub.
Təhsil naziri Misir Mərdanov ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, Şimali Kipr Türk Respublikasında 1000-ə yaxın azərbaycanlı tələbənin müxtəlif ixtisaslara yiyələnməsini müsbət hal kimi dəyərləndirib. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımları diqqətə çatdıran nazir yaxın gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın öz bəhrələrini verəcəyini bildirib. 
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


10 il əvvəl