• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 2-də «Hyatt Regency» otelində Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş «Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu» mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının əməkdaşları, xarici ekspertlər iştirak ediblər.
Konfransı Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov açaraq Azərbaycanın milli sərvəti olan qara qızıldan əldə olunan gəlirlərin toplanması, idarə edilməsi və bu vəsaitlərin gələcək nəsillərə çatdırılması məqsədilə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı ilə təsis edilmiş Dövlət Neft Fondunun fəaliyyəti barədə geniş məlumat verib. Dövlət Neft Fondunda toplanan vəsaitin ildən-ilə artdığını deyən icraçı direktor bunun Azərbaycanın maliyyə potensialının və bütövlükdə ölkənin iqtisadi qüdrətinin təzahürü olduğunu bildirib. Şahmar Mövsumov daha sonra Neft Fondu tərəfindən həyata keçirilən tədbirlərdən, reallaşdırılan layihələrdən ətraflı bəhs edib.
Sonra konfrans öz işini «Dövlət Neft Fondu milli neft strategiyasının ayrılmaz hissəsi kimi», «Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər», «Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr», «Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış» mövzuları üzrə 4 sessiyada davam etdirib. Sessiyalarda müxtəlif məsələləri əhatə edən çoxsaylı  məruzələr dinlənilib. 3-cü sessiyada Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov «Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı–qara qızılın insan kapitalına çevrilməsi mexanizmi kimi» mövzusunda məruzə edib.
Misir Mərdanov ulu öndər Heydər Əliyevin azərbaycanlı gənclərin xaricdə təhsil almalarına hər zaman xüsusi önəm verməsindən danışaraq bu işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Nazir qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ilahi sərvəti olan «qara qızılının insan kapitalına çevrilməsi» siyasəti uğurla reallaşdırılır və azərbaycanlı gənclərin ölkəmiz üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil alır və ölkənin inkişafının mühüm amilinə çevrilmiş Dövlət Proqramı Təhsil Nazirliyi tərəfindən icra olunur. Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 1200-ə yaxın gəncin ölkəmizin ehtiyac duyduğu sahələr üzrə 24 ölkənin 160-dək nüfuzlu ali məktəbinə göndərildiyini vurğulayan təhsil naziri bununla bağlı statistik rəqəmləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Nazir xaricə göndərilmiş gənclərin bir qisminin təhsilini növbəti səviyyədə davam etdirdiyini, digərlərinin isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla çalışdıqlarını söyləyib. Xaricdə təhsil alan gənclərimizin illər və təhsil səviyyələri üzrə statistik təhlilini aparan Misir Mərdanov bu məsələyə olduqca ciddi yanaşıldığını, xarici ölkələrdə təhsil almaq istəyən gənclərin sayının ildən-ilə artdığını bildirib.
Nazir Təhsil Nazirliyi ilə Dövlət Neft Fondu arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edib, birgə fəaliyyətin uğurlu nəticələrindən söz açıb. Təhsil naziri çıxışının sonunda əhalinin sosial rifahının yaxşılaşdırılmasında, mədəniyyətimizin təbliğində, iqtisadiyyatımızın  bütün sahələrinin inkişafında neft strategiyasının müstəsna rolunun olduğunu vurğulayıb.
Sonra «Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr» mövzusundakı sessiyada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Ayaz Orucov, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov məruzələrlə çıxış ediblər.
Sessiyada geniş fikir mübadiləsi aparılıb, məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırıb.


10 il əvvəl