SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransda Türkiyə, Rusiya, Fransa, Ukrayna və Gürcüstandan gəlmiş nümayəndələr, respublikamızın ali məktəblərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar institutda yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konfransı giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq iştirakçıları salamlayıb. A.Naxçıvanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib, mövcud problemlərdən söz açıb və bu tədbirin yüksək əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq konfransın Azərbaycan Müəllimlər İnstitutunda keçirilməsinin önəmini vurğulayıb. Konfransın müəllim hazırlığının müasir problemlərinə həsr olunduğundan söz açan nazir bildirib ki, hər bir ölkənin gələcəyi məktəbin və müəllimin bugünkü qlobal çağırışlara necə cavab verməsindən asılıdır. Misir Mərdanov hazırda ali məktəblərin qarşısında yeni nəsil müəllimlərin hazırlanmasının, pedaqoji kadrların ixtisasartırmasının müasir və daha səmərəli modelinin yaradılması kimi mühüm vəzifələrin dayandığını qeyd edib. Nazir bunun üçün elmin müasir nailiyyətlərindən və informasiya texnologiyalarından istifadə etməklə müəllim kadrlarının hazırlanması sahəsində yeni innovasiyaların işlənilməsinə yönəlmiş ciddi tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
Ölkəmizdə təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından söz açan Misir Mərdanov müəllimlərin əməyinin stimullaşdırılması istiqamətində atılan addımları, habelə onların innovasiya fəaliyyətini inkişaf etdirmək məqsədilə 2008-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələri keçirildiyini qeyd edib. Təhsil naziri, həmçinin son illər müəllim hazırlığı ilə bağlı həyata keçirilən tədbirlərdən və bu sahədə mövcud olan problemlərdən danışıb.
Konfransda Moskva Açıq Avrasiya İnstitutunun professoru, Psixologiya Elmləri Beynəlxalq Akademiyasının akademiki Aleksandr Morozov “Yeni tip müəllimin formalaşması müasir təhsilin inkişafının əsas faktoru kimi” mövzusunda təqdimat-məruzə edib.
Tədbirdə Ukrayna Milli Bioresurslar və Təbiətdənistifadə Universitetinin yaranma tarixi və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Fasilədən sonra konfrans sessiyalarda işini davam etdirib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl